Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulmuşdur. Daima ən yeni istehsal texnologiyaları və avadanlıqlardan istifadə edən, 30.0000kv. metr sahədən ibarət olan fabrik, hazırda, illik 150.000.000 ədəd yumurta istehsal gücü ilə ölkəmizin, eləcə də Zaqafqaziyanın ən böyük yumurta istehsalçısıdır. Keyfiyyət, gigiyena və ətraf mühitin mühafizəsi qaydalarını rəhbər tutaraq istehsal etdiyimiz insan orqanizmi üçün ən önəmli protein qaynağı olan sağlam və ləzzətli məhsullarımızı 46 ildir vətənimizin bütün regionlarındakı istehlakçılarımıza çatdırırıq.